İstanbulda bələdiyyə seçkisi yenidən keçiriləcək
YSK İstanbulda keçirilən Bələdiyyə seçkilərinin nəticəsini açıqlayıb
Qaynarinfo xəbər verir ki, Yüksek Seçim Kurulu (YSK), İstanbul Büyükşəhər Bələdiyə seçkisinin nəticələrini ləğv edib. AK partinin YSK təmsilçisi Rəcəb Özəl və MHP-nin YSK təmsilçisi Kürşat Türkər Ercan da YSK tərəfindən Ak partinin şikayətinin təmin edildiyini və seçkinin yenidən keçiriləcəyini təsdiqləyiblər
Məlumata görə, YSK-nın bu gün keçirilən iclasında 7 nəfər lehinə, 4 nəfər əleyhinə olmaqla nəticələrin ləğvinə və seçkinin yenidən keçirilməsinə qərar verilib.