Ukrayna prezidenti istintaqa çağırıldı




Ukraynanın fəaliyyətdə olan prezidenti Petro Poroşenko istintaqa çağırılıb.



Bunu yerli KİV-ə ölkə Baş Prokurorluğunun Xüsusi istintaq idarəsinin rəisi Sergey Qorbatyuk bildirib.

Müstəntiqlər P.Poroşenkonu Avromeydançılara qarşı törədilən zorakılıqla bağlı cinayət işi üzrə mayın 7-də ifadə verməyə dəvət ediblər.

Ukraynanın daxili işlər naziri Arsen Avakov bir müddət əvvəl bəyan etmişdi ki, əgər P.Poroşenko prezident seçkisində məğlub olarsa, o zaman korrupsiya işi üzrə istintaqa çağırılacaq.

“Report” xatırladır ki, aprelin 21-də ölkədə keçirilən prezident seçkisinin ikinci turunda P.Poroşenko məğlub olub. Onun rəqibi Vladimir Zelinski 73,22 faiz, P.Poroşenko isə 24,45 faiz səs toplayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu