Culian Assanca 50 həftə həbs cəzası verildi




"WikiLeaks"in qurucusu Culian Assanca 50 həftə həbs cəzası verilib.

Qaynarinfo xəbər verir ki, həbs qərarı zaminlik şərtlərini pozduğu üçün qəbul edilib. Assanc ötən həftələrdə Ekvadorun Londonda yerləşən səfirliyindən çıxarılmış və dərhal polis tərəfindən həbs edilmişdi.

Culian Assanc 7 il əvvəl həbs təhlükəsi ilə üzləşmiş, Ekvador səfirliyinə sığınmışdı. Ona qarşı ABŞ və İsveç ittihamlar irəli sürür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu