Qadın jurnalist qətlə yetirildi
Şimali İrlandiyada qadın jurnalist Layra Makkii qətlə yetirilib.
Qaynarinfo Metro-ya istinadən xəbər verir ki, 29 yaşlı araşdırmaçı jurnalistin ölümü ilə nəticələnən insident gecə saatlarında Londonderri şəhərində baş verib. Makkii müxalif respublikaçılar tərəfindən yaradılan qarşıdurmada açılan atəşin qurbanı olub. Polis insidenti terror hadisəsi adlandırıb.
Qeyd edək ki, Layra Makkii "Forbes" tərəfindən 2016-cı ildə hazırlanan "Mediadakı 30 yaşdan aşağı şəxslər" siyahısında yer almışdı.