Aeroport yolunda ağır qəza: yaralılar var-VİDEO
Bakının Aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AFN oxu.az-a istinadən xəbər verir ki, qəza zamanı "Daewoo” və "VAZ 2107” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən "Jiquli” aşıb.
Hadisə nəticəsində "VAZ 2107”də olan iki nəfər xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.
Ağır yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin şəxsiyyəti müəyyənləşib. Yaralananlardan biri 1971-ci il təvəllüldlü Əhmədov Bəxtiyar İslam oğludur.
Ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində xəsarət alan digər şəxs isə 1978-ci il təvəllüdlü İsgəndərov Elnur Rasim oğlu olub. O, döş qəfəsinin əzilməsi, alt çənənin sıyrılması diaqnozu ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir.