Əbülfəs Qarayev: "Rasim Balayevlə yaxın dostluğum var"




“Azərbaycanda 270 xalq artisti, nə qədər xalq yazıçısı, xalq şairi, xalq rəssamı var, onların hamısını o məkana toplaya bilməzdik”.

ONA-nın məlumatına görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir görüşə dəvət olunmayan mədəniyyət və incəsənət adamlarından üzr istəyib: “Onların hamısını bir araya gətirsəydik, Heydər Əliyev sarayında belə yer olmazdı. Mənim Rasim Balayevlə yaxın dostluğum var. Düşünürəm ki, gələn görüşlərdə digər mədəniyyət xadimlərimiz də iştirak edə biləcəklər. Kimlər bu görüşdən kənarda qalıbsa, onlardan üzr istəyirəm. Gələn dəfə iştirak etməyən mədəniyyət xadimlərini də nəzərə alacağıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu