Xocalı həqiqətləri 6 dildə online satışda




Xocalı soyqırımına həsr edilən 6-dildə (Azərbaycan, Rus, Alman, Fransız, İngilis və Ərəb dillərində ) kitabım Türkiyənin "Lambert Academic Publishing" şirkəti tərəfindən çap olunaraq artıq satışa çıxarılıb.

"Məlumdur ki, keçmişini unudanların onu yenidən yaşamaq məcburiyyətində qalması tarixin ibrət dərsidir. Azərbaycanın müasir tarixində də unudulması mümkün olmayan, bütövlükdə xalqın şüuruna dərin iz salaraq onu daim mübarizə və qisas ruhunda kökləyən elə faciəli hadisələr var ki, heç zaman xalqın qan yaddaşından silinməyəcəkdir. Xocalı soyqırımı da məhz unudulması mümkün olmayan dəhşətli hadisələrdəndir. Xocalı faciəsini təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı vəhşilik kimi qiymətləndirdilər. Məhz adı çəkilən kitab bu gün Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması, hüquqi baxımdan soyqırım kimi qəbul edilməsi, soyqırım faktından onun törədicisi olan Ermənistana qarşı beynəlxalq müstəvidə təzyiq kimi istifadə edilməsi, soyqırımda əsas təşkilatçı və cinayətkarların beynəlxalq məhkəmə tərəfindən cəzalandırılması və sair məsələləri özündə əks etdirir. Kitabda beynəlxalq hüquq müstəvisində Xocalı soyqırımına verilmiş hüquqi-siyasi qiymət təhlil edilmişdir"-deyə tarixçi alim Zaur Əliyev kitab haqda danışarkən bildirib.
Qeyd edək ki, kitab 11 gündən sonra dünyanın bütün online kitab satış saytlarında olacaq...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu