BMT-nin təyyarəsi qəzaya uğradı: 3 ölü, 10 yaralı




Sudan və Cənubi Sudan sərhədində yerləşən Abyey ərazisində BMT sülhməramlılarına aid "Mi-8" hərbi təyyarəsi qəzaya uğrayıb.



Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı BMT Abyey Müvəqqəti Təhlükəsizlik Qüvvələri (UNISFA) məlumat yayıb. Təyyarə UNISFA-nın qərargahına düşüb. Qəza nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb. Hadisənin səbəbi hələlik qeyri-müəyyəndir.

Qeyd edək ki, neftlə zəngin Abyeydə UNISFA-nın 4500 təhlükəsizlik əməkdaşı xidmət göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu