Albaniyada Trampın kürəkəninin lüks tikinti layihəsinə qarşı etirazlar var


Albaniyada ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin lüks tikinti layihəsinə qarşı keçirilən etirazlar polislə toqquşmaya çevrilib.

AFN.az xəbər verir ki, paytaxt Tiranada parlament binası qarşısında baş verən iğtişaşlar zamanı 18 nəfər saxlanılıb, 12 polis isə yaralanıb. Nümayişçilər asayiş keşikçilərinə daş və yumurta atıb, xidməti avtomobili yararsız hala salıblar. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnağından istifadə edib.

Ölkədə "flaminqo inqilabı" adlandırılan və bir aydır davam edən aksiyalar Adriatik sahilindəki Narta laqununda planlaşdırılan lüks kurort layihəsinə etiraz olaraq başlayıb. Ekoloqlar və müxalifət bu tikintinin köçəri flaminqo quşlarının məskəninə zərər vuracağını bildirirlər. İlkin olaraq ekoloji tələblərlə başlayan aksiyalar artıq siyasi xarakter alıb; minlərlə etirazçı hökumətin və Baş nazir Edi Ramanın istefasını tələb edir.

Albaniya rəsmiləri isə layihənin premium turizmi inkişaf etdirəcəyini və ölkənin Aİ-yə inteqrasiyasını sürətləndirəcəyini iddia edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu