NASA: Venesuelada 58870 bina zəlzələdən zərər görüb



ABŞ Aeronavtika və Kosmik Fəza Administrasiyası (NASA) Venesuelada baş verən zəlzələlərdə 58 mindən çox binanın zədələndiyini və ya dağıldığını ortaya qoyub.

AFN.az xəbər verir ki, NASA tədqiqatçıları Avropa Kosmik Agentliyi (ESA) tərəfindən idarə olunan "Sentinel-1" peykinin fəlakət bölgəsindən 25 iyunda əldə etdiyi son radar məlumatlarını analiz ediblər.

Araşdırmada zəlzələdən sonra çəkilən radar görüntüləri son bir ilə aid 65 fərqli istinad təsviri ilə müqayisə olunub.

Peyk məlumatlarına əsasən, Venesueladakı zəlzələlərdə düz 58 min 870 bina ziyan görüb və ya tamamilə uçub.

NASA-dan mövzu ilə bağlı verilən açıqlamada peyklərin regiondakı fəaliyyətə birbaşa töhfə verdiyinə işarə edilərək bildirilib ki, peyklər sahədəki qrupların zəlzələnin fəsadlarını qiymətləndirmələrinə və xilasetmə işlərini yönləndirmələrinə kömək etmək məqsədilə kritik dəstək nümayiş etdirir, həmçinin anlıq görüntü və məlumat axını təmin edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu