Aİ Türkiyədən yeni müqavilələrdə Rusiya qazını istisna etməyi tələb edir
Almaniyanın İqtisadiyyat naziri Katarina Rayxe bəyan edib ki, Türkiyə Avropa İttifaqının (Aİ) mövqeyini yaxşı başa düşür.
AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
"Rəsmi Ankara Aİ ilə bağlayacağı yeni müqavilələr çərçivəsində tədarük ediləcək qazın Rusiya mənşəli olmamalı olduğunu qəbul edir" - deyən nazirin sözlərinə görə, Brüssel Türkiyənin iştirakı ilə imzalanacaq hər hansı gələcək sazişlərdə bu tələbə tam əməl olunmasında israrlı olacaq.
Bu barədə cümə günü Ankarada bəyanat verən Rayxe, Aİ ilə Türkiyə arasındakı enerji razılaşmalarında tədarük zəncirindən Rusiya qazının tamamilə kənarlaşdırılmalı olduğunu xüsusi vurğulayıb.

