BMT: Hizbullah ilə İsrail arasındakı atəşkəs xəbərlərini məmnuniyyətlə qarşılayırıq
Birləşmiş Millətlər Təşkilatı (BMT) Livanda Hizbullah ilə İsrail arasında əldə olunduğu bildirilən atəşkəs xəbərlərini məmnuniyyətlə qarşıladıqlarını bəyan edib.
AFN.az xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında çıxış edib.
ABŞ mediasında İsrail ilə Hizbullahın atəşkəs mövzusunda razılığa gəldiyinə dair xəbərlərdən məlumatlı olduqlarını dilə gətirən Düjarrik "Bu prosesləri məmnuniyyətlə qarşıladığımızı söyləyə bilərəm" deyib.
Düjarrik tərəfləri düşmənçiliyə son qoymağa, mövcud atəşkəs qaydalarına hörmət etməyə və uzunmüddətli təhlükəsizlik ilə sabitlik üçün yeganə effektiv yol olan dialoqu davam etdirməyə çağırıb.
Digər tərəfdən, BMT-nin Livandakı Müvəqqəti Sülhməramlı Qüvvələrinin (UNIFIL) bu gün yerli vaxtla gecə yarısından saat 16:00-a qədər İsrail qüvvələrinin Livanın hava məkanını 49 dəfə pozduğunu qeyd etdiyini qeyd edən sözçü, həmçinin Livan ərazisinə yönəlmiş 51 hava hücumunun həyata keçirildiyini bildirib.
Düjarrik BMT sülhməramlılarının yenə həmin saatlar arasında 695-i İsrail qüvvələrinə aid edilən ümumilikdə 748 raket, minaatan və atəş açma hadisəsini qeydə aldıqlarını, bundan əlavə İsrailin nəzarətdə saxladığı bölgələrdə intensiv hərbi aktivlik müşahidə etdiklərini sözlərinə əlavə edib.
