İsrail Livanda Hizbullahın onlarla hədəfini vurdu


İsrail Müdafiə Qüvvələri (IDF) ötən gecə Livandakı təxminən 75 Hizbullah hədəfinə zərbələr endirib.


AFN.az xəbər verir ki, bu barədə İsrail ordusundan verilən açıqlamada qeyd edilib. Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Bekaa vadisində və Livanın cənubunda təxminən 75 Hizbullah hədəfini vurub. Zərbələrin hədəfi silah anbarları, İsraili hədəf alan raket buraxılış sistemləri, hərbi binalar, yaraqlılar və əlavə Hizbullah infrastrukturları olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu