İsraillə Hizbullah atəşkəs barədə razılığa gəldi



Yüksəkrütbəli bir ABŞ rəsmisi İsrail ilə Hizbullah arasındakı atəşkəsin qüvvəyə mindiyini iddia edib.

AFN.az xəbər verir ki, amerikalı yüksəkrütbəli rəsmi "Reuters" xəbər agentliyinə verdiyi bəyanatda İsrail və Hizbullahın bu gün yerli vaxtla saat 16:00-dan etibarən başlayan atəşkəs razılığı əldə etdiyini bildirib.

"Hizbullah və İsrail atəşkəs mövzusunda razılaşdı" deyən rəsmi, ABŞ və Qətər vasitəçilərinin İranın yardımı ilə bu razılığa nail olduqlarını sözlərinə əlavə edib.

Digər tərəfdən, İsrail rəsmisi Hizbullah ilə yeni atəşkəsin qüvvəyə mindiyini qeyd edərək İsrail ordusunun Livanın cənubundakı bölgələrdən geri çəkilməyəcəyini və hər hansı bir hücum olacağı təqdirdə cavab verəcəklərini irəli sürüb.

Hizbullah mənbələri isə mövzu ilə bağlı "Atəşkəs elan olunduqdan sonra biz onu tətbiq etməyə başladıq" açıqlamasını verib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu