Hizbullah ötən gün İsrail ordusuna qarşı 48 hücum təşkil etdiyini açıqlayıb
Hizbullah dünən İsrail ordusuna qarşı 48 hücum təşkil etdiyini və İsrail əsgərlərinin öldüyünü və yaralandığını açıqlayıb.
Hizbullahın verdiyi açıqlamaya görə, dünən İsrail əsgərləri İsrailin şimalında və Livanın cənubunda raket və top mərmiləri ilə hədəfə alınıb.
İsrailin 7 Merkava tankını hədəf alan hücumlarda İsrail əsgərləri ölüb və yaralanıb.
Hizbullah iki dəfə Safed şəhərində 3 yaşayış məntəqəsini, İsrailin şimalında 3 hərbi baza, 2 hərbi məntəqə və artilleriya mövqeyini ardıcıl raket atəşi ilə hədəfə alıb.
İsrailə məxsus PUA qurudan atılan raketlə Livan hava məkanından çıxarılıb.
İsrailin “Hayom” qəzeti bunun 2023-cü il oktyabrın 8-dən bəri Hizbullah tərəfindən bir gündə həyata keçirilən ən çox hücum olduğunu bildirib.
Mənbə: AA