İran ABŞ-la olan mesaj mübadiləsini dayandırdı
İran mətbuatı ölkənin İsrailin Livana qarşı hücumları səbəbindən danışıqlar çərçivəsində ABŞ ilə yürütdüyü mesaj mübadiləsini dayandırdığını bəyan edib.
AFN.az xəbər verir ki, İranın "Tesnim" Xəbər Agentliyinin yaydığı məlumata görə, İsrailin Livana istiqamətlənən hücumlarının davam etməsi səbəbindən rəsmi Tehran vasitəçilər üzərindən ABŞ ilə reallaşdırdığı mesaj mübadiləsini dondurub.
Hesabatda qeyd olunub ki, İran tərəfi danışıqların yenidən bərpa olunması üçün İsrailin Livana hücumlarını dayandırmasını və işğal etdiyi ərazilərdən geri çəkilməsini əsas şərt kimi irəli sürüb.
Bundan əlavə, İran rəhbərliyinin Hörmüz boğazını tamamilə qapatmağı və Babülməndəb boğazı da daxil olmaqla digər cəbhələri aktivləşdirməyi gündəmə gətirdiyi diqqətə çatdırılıb.
