"Atlas Group" fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunu bir daha təsdiqlədi
"Atlas Group" keyfiyyətin idarə olunması və əməyin mühafizəsi sahəsində beynəlxalq standartlara sadiqliyini növbəti dəfə təsdiqləyib.
AFN.az xəbər verir ki, şirkət 2026-cı ilin fevral ayında uğurla auditdən keçərək ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi sertifikatını, may ayında isə ISO 45001:2018 Əməyin Təhlükəsizliyi və Sağlamlığın İdarəedilməsi Sistemi sertifikatını əldə edib.
Hər iki audit dünyanın aparıcı audit və sertifikatlaşdırma qurumlarından biri olan Intertek tərəfindən həyata keçirilib. Bu uğur "Atlas Group"un fəaliyyətində yüksək keyfiyyət standartlarının tətbiq olunduğunu və işçi təhlükəsizliyinin prioritet istiqamətlərdən biri olduğunu bir daha nümayiş etdirir.
ISO 9001:2015 sertifikatı şirkətin bütün biznes proseslərində effektiv idarəetmə, müştəri məmnuniyyətinə yönəlmiş yanaşma və davamlı inkişaf prinsipinə əsaslandığını göstərir. ISO 45001:2018 isə iş mühitində təhlükəsizliyin təmin olunması, risklərin minimuma endirilməsi və əməkdaşların sağlamlığının qorunması istiqamətində beynəlxalq tələblərə tam uyğunluğu təsdiqləyir.
"Atlas Group" bu sertifikatlar vasitəsilə tərəfdaşlarına və müştərilərinə daha etibarlı, şəffaf və dayanıqlı xidmət təqdim etdiyini bir daha sübut edir. Şirkət gələcəkdə də fəaliyyətini beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirməyi və sənayedə qabaqcıl mövqeyini möhkəmləndirməyi hədəfləyir.
Qeyd edək ki, "Atlas Group" sənaye avadanlıqlarının istehsalında dünya nəhəngləri sayılan "Atlas Copco", "Epiroc", "Deutz AG" kimi şirkətlərin Azərbaycanda rəsmi distribyutorudur. Şirkət həmçinin "Airblast", "Elcometer", "Cedima" və digər nüfuzlu beynəlxalq istehsalçılarla tərəfdaşlıq edir.



