Ukrayna Rusiyanın əsas hərbi aerodromlarından birini vurdu


Mayın 15-nə keçən gecə Ukrayna PUA-ları Rusiyanın Krasnodar diyarındakı Yeysk hərbi aerodromuna hücum edib.

AFN.az Ukrayna mediasına istinadən xəbər verir ki, yerli sakinlərin yaydığı görüntülərdə obyektdə güclü yanğın və partlayışların olduğu görünür. Ukrayna tərəfi hücum nəticəsində bir ədəd "Be-200" amfibiya təyyarəsinin və "Ka-27" helikopterinin vurulduğunu bəyan edib.

Qeyd edək ki, Yeysk aerodromu Rusiya üçün strateji əhəmiyyətlidir; burada hərbi dəniz aviasiyası üçün nadir təlim kompleksi yerləşir. Ukrayna pilotsuz sistemlərinin komandanlığı həmçinin Tahanroqda, Krımda və Luqanskda Rusiyanın "Tor-M2""Pantsir-S1" hava hücumundan müdafiə sistemlərini, habelə Berdyanskda sursat daşıyan gəmini hədəf aldıqlarını bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu