Pentagon İrana qarşı əməliyyatın adını dəyişdirəcək



ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) atəşkəs rejimi pozulacağı təqdirdə İrana qarşı yenidən başlayacaq hərbi əməliyyatın adını "Çəkic" olaraq dəyişdirməyi planlaşdırdığı iddia edilir.

AFN.az xəbər verir ki, Amerikanın "NBC News" kanalının ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, bu addım hərbi fəaliyyətlərin davam etdirilməsi üçün qanuni maneələri aşmaq məqsədi daşıyır.

Belə ki, müdafiə rəsmiləri Konqresə məcburi bildiriş vermək və 60 günlük müddətə ilişməmək üçün "Epik Qəzəb" (Epic Fury) adı altında aparılan əməliyyatı "Çəkic" (Sledgehammer) adı ilə yeniləməyi düşünürlər.

ABŞ Prezidenti Donald Trampın atəşkəsin çox kövrək olması ilə bağlı bəyanatından dərhal sonra gündəmə gələn bu iddia ordunun İrana qarşı hücumları bərpa etməyə hazırlaşdığı kimi qiymətləndirilir.

Xatırladaq ki, "Epik Qəzəb" əməliyyatı Trampın göstərişi ilə 28 fevral 2026-cı ildə başlamış, lakin may ayının əvvəlində Konqresə əməliyyatın başa çatdığı barədə rəsmi məlumat verilmişdi.

ABŞ qanunvericiliyinə əsasən, xarici ölkədə hərbi əməliyyat başladıldıqdan 60 gün sonra administrasiya Konqresin razılığını almalıdır. Ad dəyişikliyi isə prosesi yeni bir hərbi akt kimi təqdim edərək bu tələbdən yayınmağa xidmət edə bilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu