ABŞ Venesueladakı reaktordan zənginləşdirilmiş uranı ölkədən çıxarıb
ABŞ hökuməti tərəfdaşları ilə birlikdə Venesueladakı köhnə tədqiqat reaktoru daxilində qalan zənginləşdirilmiş uranı ABŞ-a nəql edib.
AFN.az xəbər verir ki, ABŞ Energetika Nazirliyinin yaydığı məlumata görə, Venesuelanın paytaxtı Karakasdakı "RV-1" reaktoru daxilində olan 13,5 kiloqramlıq zənginləşdirilmiş uran ölkədən çıxarılıb.
Açıqlamada qeyd olunur ki, yüksək dərəcədə zənginləşdirilmiş uran üçün müəyyən edilmiş 20 faizlik həddin üzərinə çıxarılan bu material 1991-ci ildə reaktorun tədqiqat fəaliyyətləri dayandırıldıqdan sonra artıq vəsaitə çevrilmişdi.
Uranın reaktordan təhlükəsiz şəkildə çıxarıldıqdan sonra Venesueladakı limanlardan birinə aparıldığı və orada xüsusi nəqliyyat gəmisinə yüklənərək ABŞ-a göndərildiyi bildirilir.
Sözügedən materialın emal edilməsi və yenidən istifadə olunması məqsədilə Cənubi Karolina ştatındakı "Savannah River Site (SRS)" müəssisəsinə çatdırıldığı qeyd edilib.
ABŞ Energetika Nazirliyi nəzdindəki Milli Nüvə Təhlükəsizliyi İdarəsinin (NNSA) rəhbəri Brendon Uilyams mövzu ilə bağlı bildirib ki, Venesueladakı bütün zənginləşdirilmiş uranın təhlükəsiz şəkildə çıxarılması, dünyaya yenidən ayağa qalxmış və yenilənmiş bir Venesuelanın varlığını nümayiş etdirən növbəti bir siqnal xarakteri daşıyır.

