ABŞ-da aliment borcunu ödəməyən təxminən 2700 nəfərin pasportu ləğv ediləcək



ABŞ Dövlət Departamenti uşaqları üçün müəyyən edilmiş məbləğdən artıq aliment borcu olan təxminən 2700 nəfərin pasportunu ləğv etməyə hazırlaşır.

AFN.az xəbər verir ki, Dövlət Departamentinin "Associated Press" (AP) agentliyinə verdiyi açıqlamaya görə, mayın 8-dən etibarən 100 min dollar və daha çox aliment borcu olan şəxslərin pasportlarının ləğvi prosesinə başlanılacaq.

Səhiyyə Nazirliyi və Dövlət Departamentinin əməkdaşlığı çərçivəsində əldə edilən məlumatlara əsasən, bu qərar təxminən 2700 ABŞ pasportu sahibinə şamil olunacaq və həmin şəxslərin borclarını ödəyənə qədər hərəkət azadlıqları məhdudlaşdırılacaq.

Qurumun açıqlamasında qeyd olunub ki, bir müddət sonra tətbiq edilən borc limiti 2500 dollara qədər endiriləcək və beləliklə, aliment borcu olan daha çox valideyn bu məhdudiyyət siyahısına daxil ediləcək.

Dövlət Departamentinin konsulluq işləri üzrə məsul müavini Mora Namdar məsələ ilə bağlı bildirib ki, aliment borcu olanların ödəniş etməsini təmin etmək üçün effektivliyi sübut olunmuş və sağlam məntiqə əsaslanan bir tətbiqi daha da genişləndirirlər.

Namdar vurğulayıb ki, həmin valideynlər borclarını tam bağladıqdan sonra yenidən ABŞ pasportu almaq imtiyazından yararlana biləcəklər.

Qeyd edək ki, ABŞ-da ayrılmış valideynlər uşaqlar üçün müəyyən edilmiş vəsaiti ştatların müvafiq qurumları vasitəsilə ödəyirlər ki, bu sistem də tərəflər arasında yaranan mübahisələri azaltmaqla yanaşı, ödənilməyən borcların təqibini və sanksiyaların tətbiqini asanlaşdırır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu