KLM kabin heyəti üzvü hantavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib
Cənubi Afrikada hantavirus səbəbindən həyatını itirən hollandiyalı sərnişinlə təmasda olan kabin heyəti üzvü virus şübhəsi ilə Amsterdamda karantinə alınıb.
AFN.az xəbər verir ki, Niderlandın KLM aviaşirkətinin əməkdaşı hantavirus infeksiyası şübhəsi ilə Amsterdam UMC xəstəxanasında müalicə altına alınıb.
Haarlem şəhərində yaşayan kabin heyəti üzvünün 25 aprel 2026-cı il tarixində Yohannesburqda təyyarəyə minməyə çalışan, lakin səhhəti ilə əlaqədar uçuşa buraxılmayan 69 yaşlı hollandiyalı qadınla təmasda olduğu müəyyən edilib.
Xəstəxanaya yerləşdirilən sərnişinin bir gün sonra vəfat etməsindən sonra onunla təmas quran əməkdaş da nəzarətə götürülüb.
Hazırda yüngül simptomlar göstərdiyi bildirilən kabin heyəti üzvünün müayinə prosesi izolyasiya şəraitində davam edir.
Vəfat edən sərnişinin daha əvvəl "MV Hondius" gəmisində olan və hantavirus epidemiyası səbəbindən ölənlər arasında yer alan həyat yoldaşı və bir Almaniya vətəndaşı ilə eyni qrupda olduğu bildirilib.
Rəsmilər xəstəliyin yayılma riskini diqqətlə izləyir, kabin heyəti üzvünün sağlamlıq vəziyyəti ilə bağlı qəti nəticələrin isə testlər tamamlandıqdan sonra dəqiqləşəcəyi gözlənilir.


