Zelenski müvəqqəti atəşkəs elan etdi



Ukrayna Prezidenti Volodimir Zelenski 6 may yerli vaxtla saat 00:00-dan etibarən müvəqqəti atəşkəs elan etdiklərini bildirib və Rusiyanı da bu qərara əməl etməyə çağırıb.

AFN.az xəbər verir ki, Zelenski sosial media hesabından etdiyi paylaşımda keçmiş SSRİ-nin İkinci Dünya müharibəsində faşist Almaniyası üzərində qazandığı Qələbə Günü münasibətilə Rusiyanın 8-9 may tarixlərində Ukraynada atəşkəs elan etmək qərarını qiymətləndirib.

Müvəqqəti atəşkəsin təmin edilməsi ilə bağlı bu günə qədər Ukraynaya rəsmi bir çağırışın edilmədiyini qeyd edən Zelenski insan həyatının hər hansı bir ildönümü qeyd etməsindən müqayisəolunmaz dərəcədə daha dəyərli olduğuna inandıqlarını vurğulayıb.

6 mayda başlayacaq müvəqqəti atəşkəsin nə vaxt başa çatacağı barədə məlumat verməyən Zelenski Rusiyanın bu rejimi pozacağı təqdirdə adekvat cavab verəcəklərini ifadə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu