Tramp: ABŞ İran tankerlərindəki neftin böyük hissəsini özünə götürür


Hind okeanında ələ keçirilən İran tankerlərindəki neftin böyük hissəsi Birləşmiş Ştatlara daxil olur.

AFN.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Salem News" telekanalına müsahibəsində deyib. Tramp mayın 1-də Floridada çıxışı zamanı etiraf etmişdi ki, ABŞ hərbçiləri İran nefti daşıyan tankerləri ələ keçirərkən özlərini pirat kimi aparırlar.

Bundan əvvəl İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani Təhlükəsizlik Şurasına ünvanladığı məktubda ABŞ-ın "Majestic""Tifani" adlı iki kommersiya gəmisini ələ keçirərək 3,8 milyon barel nefti oğurladığını bildirmişdi. Tehran bu hadisəni təcavüz aktı və "dövlət piratlığı" kimi qiymətləndirib.

İran tərəfi ABŞ-ın bu hərəkətlərini BMT Nizamnaməsinin kobud şəkildə pozulması hesab edir. Təhlükəsizlik Şurasından tədbir görməyi tələb edən rəsmi Tehran, beynəlxalq hüquq çərçivəsində bu addımlara qarşı müqavimət göstərmək hüququnu özündə saxladığını vurğulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu