Trampdan Mersə: Öz ölkənlə məşğul ol



ABŞ Prezidenti Donald Tramp Almaniya Kansleri Fridrix Mersin ünvanına sərt tənqidlər səsləndirərək onu Ukrayna məsələsində tamamilə səmərəsiz olmaqda ittiham edib. 

AFN.az xəbər verir ki, Tramp özünə məxsus "Truth Social" platforması vasitəsilə etdiyi paylaşımda Mersə vaxtını İranla mübarizəyə müdaxilə etmək əvəzinə, Almaniyadakı dağılmış enerji və miqrasiya sistemini düzəltməyə sərf etməyi tövsiyə edib.

Ağ Ev rəhbəri bildirib ki, Almaniya Kansleri Rusiya-Ukrayna müharibəsini bitirmək üçün daha çox səy göstərməli, eyni zamanda ölkəsinin daxili problemlərini həll etməlidir.

Tramp Mersin xarici siyasət fəaliyyətini kəskin tənqid edərək, "Almaniya Kansleri vaxtını Rusiya-Ukrayna müharibəsini bitirməyə (hansı ki, bu məsələdə tamamilə səmərəsiz qalıb!) və başda miqrasiya ilə enerji olmaqla öz dağılmış ölkəsini düzəltməyə daha çox zaman ayırmalıdır."

O əlavə edib: "O, Almaniya daxil olmaqla bütün dünyanı daha təhlükəsiz yerə çevirən və İranın nüvə təhlükəsini aradan qaldıran şəxslərin işinə müdaxilə etməyə isə daha az vaxt sərf etməlidir!"

Bu açıqlamalar Mersin ABŞ-ın İranla bağlı strategiyasının olmadığını və Tehran tərəfindən alçaldıldığını iddia etməsindən sonra transatlantik münasibətlərdə yaranan gərginliyi daha da dərinləşdirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu