Pentaqon: ABŞ Sakit okeanda narkotacirlərin gəmisinə zərbə endirib


ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı Sakit okeanın şərq hissəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən gəmiyə zərbə endirildiyi barədə məlumat yayıb.

AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, komandanlığın rəsmi "X" səhifəsində paylaşılan xəbərdə qeyd olunur ki, kəşfiyyat məlumatları həmin gəminin Sakit okeanın şərqindəki məlum narkotik qaçaqmalçılığı marşrutları ilə hərəkət etdiyini və narkotrafik məqsədilə istifadə olunduğunu təsdiqləyib.

Hərbi əməliyyat nəticəsində iki nəfərin həlak olduğu bildirilir. ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.

Hazırda hadisənin təfərrüatları ilə bağlı araşdırmalar davam edir. Qeyd edək ki, ABŞ-ın Cənub Komandanlığı mütəmadi olaraq regionda narkotik vasitələrin qanunsuz daşınmasına qarşı hərbi dəniz və hava kəşfiyyatı vasitəsilə nəzarət həyata keçirir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu