Fransa Ruanda soyqırımında cinayət ortağı iddialarını rədd edir



Ruandada 1994-cü ildə 800 mindən çox insanın ölümünə səbəb olan soyqırımı törədənlərə silah və sursat dəstəyi verməkdə ittiham olunan Fransa uzun illər məsuliyyətini qəbul etmədiyi bu qətliamda cinayət ortağı olması iddialarını rədd edir.

AFN.az xəbər verir ki, Fransanın Afrika qitəsindəki hərbi varlığının azalması və nüfuzunu itirməsi Ruanda və Mərkəzi Afrika Respublikasında yaşanan etnik qətliamlarda birbaşa və ya dolayısı ilə məsuliyyət daşıması ilə əlaqələndirilir.

1994-cü ildə "Turkuaz əməliyyatı" ilə bölgədə təhlükəsiz zona yaratdığını iddia edən Fransa, əslində soyqırımı törədən Hutu hökumətinə dəstək verməkdə və Tutsilərin irəliləyişini dayandırmaqda günahlandırılır. Sonradan üzə çıxan sənədlər göstərir ki, Fransa kəşfiyyatı soyqırım təhlükəsi barədə hökuməti əvvəlcədən məlumatlandırsa da, dövrün prezidenti Fransua Mitteran yaxın dostu kimi xarakterizə etdiyi Ruanda prezidenti Juvenal Habyarimana ilə münasibətləri qorumağı üstün tutub.

Fransa illər boyu bu hadisələrdəki rolunu inkar etsə də, 2010-cu ildə Nikola Sarkozinin "ciddi səhvlər və korluq yaşandı" etirafı ilə məsuliyyətini ilk dəfə qəbul edib. 2021-ci ildə prezident Emmanuel Makronun tapşırığı ilə hazırlanan hesabatda Fransanın soyqırımda ağır məsuliyyəti olduğu, lakin cinayət şəriki olmadığı qeyd edilib. Makron 2024 və 2025-ci illərdə yaydığı mesajlarda Fransanın soyqırımı dayandırmaq iradəsi göstərmədiyini və ölkədə yaşayan soyqırım icraçılarının mühakimə olunacağını vurğulayıb.

Bununla belə, 2025-ci ilin dekabrında bir qrup şəxs Fransa Mərkəzi Bankına qarşı soyqırım silahlarının maliyyələşdirilməsi üçün pul köçürmələrinə razılıq verməsi ittihamı ilə şikayət verib ki, bu da rəsmi Parisin "cinayət ortağı deyilik" tezisini yenidən mübahisə mövzusuna çevirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu