İran səfiri: Pakistanın sülh səyləri kritik mərhələdədir



İranın İslamabaddakı səfiri Rza Əmiri Müqəddəm Pakistanın müharibəni dayandırmaq istiqamətində həyata keçirdiyi müsbət təşəbbüslərin kritik bir mərhələyə çatdığını bildirib.

AFN.az xəbər verir ki, Müqəddəm "X" sosial media hesabından paylaşdığı mesajda Pakistanın ABŞ və İsrailin İrana hücumları ilə başlayan gərginliyin sonlandırılması üçün göstərdiyi səylərə diqqət çəkib.

İranlı səfir mesajında Pakistanın xoşniyyətli və dostluq çərçivəsində nümayiş etdirdiyi bu məhsuldar addımların həssas bir nöqtəyə gəldiyini qeyd edərək, hadisələrin davamı üçün izləmədə qalmağı tövsiyə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu