İranda neft-kimya sənayesi müəssisələrinə hücum edilib


İranda "Cənub Pars" kompleksinin neft-kimya istehsalı ABŞ və İsrailin hücumları nəticəsində zərər görməyib, zərbələr əsasən köməkçi müəssisələrə dəyib.

AFN.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Bildirilir ki, əsas ziyan neft-kimya müəssisələrini su, elektrik enerjisi və oksigenlə təmin edən "Mobin""Dəmavənd" şirkətlərinə dəyib.

Qeyd olunur ki, həmin müəssisələr tam bərpa olunana qədər Assaluyə bölgəsindəki bütün neft-kimya zavodlarının fəaliyyəti dayandırılacaq. Bu tədbir istehsalat zəncirindəki texniki asılılıqla əlaqələndirilir.

Bundan əvvəl "Fars" agentliyi "Cənub Pars" yatağında yerləşən neft-kimya zavoduna hücum edildiyi barədə məlumat yaymışdı. Lakin son rəsmi açıqlamalar əsas istehsal infrastrukturunun qorunduğunu, yalnız təminatçı qurumların zərər çəkdiyini təsdiqləyir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu