İsveçrə XİN: Ukrayna üzrə danışıqlar yenidən konfederasiyada keçirilə bilər



Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar yenidən İsveçrədə baş tuta bilər.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə konfederasiyanın xarici işlər idarəsinin rəhbəri İnyatsio Kassis “Le Temps” qəzetinə müsahibəsində bildirib.

O, danışıqların yenidən İsveçrədə keçirilmə ehtimalı barədə sualı cavablandırarkən bunun mümkün ola biləcəyini qeyd edib. Nazir vurğulayıb ki, konfederasiya belə bir tədbiri təşkil etmək iqtidarındadır.

Xatırladaq ki, Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar fevralın 17-18-də Cenevrədə keçirilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu