Kanada XİN: NATO diqqətini şimala yönəltməlidir
Kanadanın xarici işlər və beynəlxalq inkişaf naziri Anita Anand hesab edir ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) bundan sonra diqqətini Arktikaya cəmləməlidir.
AFN.az-ın xəbərinə görə, Kanadanın XİN rəhbəri çərşənbə günü Ottavada keçirilən təhlükəsizlik konfransında çıxış edərək iddia edib ki, NATO-nun diqqəti artıq təkcə şərqə deyil, həm də şimala yönəlməlidir. O, Şimali Atlantika Alyansının Arktika bölgəsinə daha çox diqqət yetirməli olduğunu vurğulayıb.
Anand Şimali Atlantika Alyansı tərəfindən bu yaxınlarda başladılan "Arktika keşikçisi" əməliyyatını xatırladıb və bu əməliyyatın daimi xarakter almasının tərəfdarı olduğunu bildirib. Nazir qeyd edib ki, bu təşəbbüsün Arktikada daimi mövcudluğuna ehtiyac var. Onun nöqteyi-nəzərinə görə, artıq Arktikada "qlobal rəqabət" dövrü başlayıb.



