İranda məktəblər 21 marta qədər distant təhsilə keçib
İranda bütün məktəblərdə tədris martın 21-nə qədər distant (məsafədən) formata keçirilib.
AFN.az "Tasnim" agentliyininə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Təhsil Nazirliyinin rəsmisi məlumat verib.
Nazirlik rəsmisi bildirib ki, cari ilin sonuna qədər (İran təqvimi ilə il martın 20-də başa çatır) məktəblərdə bütün əyani dərslər dayandırılıb.
Qeyd edək ki, bu qərar ölkədəki mövcud hərbi-siyasi vəziyyət və təhlükəsizlik tədbirləri çərçivəsində qəbul edilib.




