Əfqanıstan Pakistandakı hərbi bazaları hədəf aldığını açıqlayıb
Əfqanıstan Pakistanın Xeybər Paxtunxva və Bəlucistan əyalətlərindəki bəzi hərbi bazaları, həmçinin Ravalpindi şəhərindəki "Nur Khan" bazası da daxil olmaqla bir sıra hərbi obyektləri hədəf aldığını bildirib.
AFN.az xəbər verir ki, mövzu ilə bağlı Əfqanıstan administrasiyasının Müdafiə Nazirliyinin "X" sosial media platformasındakı hesabından açıqlama verilib.
Açıqlamada Əfqanıstanın Xeybər Paxtunxva, Bəlucistan əyalətlərindəki bəzi hərbi bazaları və Ravalpindi şəhərindəki "Nur Khan" bazası da daxil olmaqla Pakistandakı bəzi hərbi obyektləri hədəf aldığı ifadə edilib. Bu addımın hansı səbəbdən atıldığı və hücumların miqyası barədə hələlik ətraflı məlumat verilməyib.
Pakistan tərəfi hələlik rəsmi cavab bəyanatı yaymasa da, bölgədə hərbi hazırlıqların artırıldığı bildirilir.

