Xameneinin ailə üzvləri hücumlarda öldürülüb


İranın Ali lideri Əli Xameneinin gəlini və kürəkəni son hücumlarda həlak olub.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Tehran Şəhər Şurasının üzvü Meysəm Mozəffər paylaşıb.

Baş verən hücumlarla bağlı İran rəsmiləri artıq bəyanat yayaraq, bu aktın cavabsız qalmayacağını vurğulayıblar. Məlumata əsasən, davam edən hərbi qarşıdurma zamanı Xameneinin qərargahı da hədəfə alınan obyektlər sırasında yer alıb.

Qeyd edək ki, bu səhər İsrail tərəfindən həyata keçirilən hücum nəticəsində İranın ali liderinin də həlak olduğu bildirilir. Regionda vəziyyət nəzarətdən çıxmaq üzrədir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu