KİV: Əfqanıstan ordusu Nənqərhar əyalətində Pakistan qırıcısını vurub
Əfqanıstan Silahlı Qüvvələri ölkənin Nənqərhar əyalətində Pakistana məxsus qırıcı təyyarəni vurub.
AFN.az xəbər verir ki, bu barədə məlumatı "TOLO News" telekanalı öz mənbələrinə istinadən yayıb. Hadisə iki qonşu ölkə arasında sərhəd boyu hərbi gərginliyin kəskin artdığı bir vaxtda baş verib.
Fevralın 26-da axşam saatlarında Pakistan-Əfqanıstan sərhədində döyüş əməliyyatları yenidən alovlanıb. Rəsmi Kabil bəyan edib ki, bu hərbi əməliyyat Pakistanın Əfqanıstan ərazisinə endirdiyi son hava zərbələrinə cavab olaraq həyata keçirilir.
İslamabad isə öz növbəsində cavab tədbirləri nəticəsində 274-dən çox əfqan hərbçisinin həlak olduğunu və təxminən 115 hərbi texnikanın məhv edildiyini bildirib. Bölgədə gərginlik yüksək həddə qalmaqdadır.
