ABŞ əmək nazirinin həyat yoldaşı cinsi qısnamada şübhəli bilinir


ABŞ-ın əmək naziri Lori Çaves-Derimerin həyat yoldaşı Şon Deremer cinsi qısnamada şübhəli bilinərək istintaqa cəlb olunub.

AFN.az-ın "The Wall Street Journal" (WSJ) nəşrinə istinadən verdiyi məlumata görə, ABŞ Əmək Nazirliyinin iki əməkdaşı Deremer tərəfindən qısnamaya məruz qaldıqlarını bildiriblər. İnsidentlərdən birinin dekabr ayında baş verdiyi, yanvarda isə Vaşinqton polisinin bu barədə məlumatlandırıldığı qeyd olunur.

Şon Deremer WSJ-yə verdiyi şərhdə ittihamları qəti şəkildə rədd edib: "Mən bu deyilənlərin heç birini etməmişəm, hər şeyi qəti olaraq təkzib edirəm". Lakin qalmaqal artıq ciddi nəticələrə səbəb olub. Yanvar ayında Deremerə nazirliyin binasına daxil olmaq qadağan edilib, həmçinin ABŞ-ın birinci xanımı Melaniya Tramp haqqında sənədli filmin premyerasına dəvəti ləğv olunub.

Nəşr xatırladır ki, nazir Lori Çaves-Deremer özü də daxili araşdırma obyektidir. O, büdcə vəsaitlərindən qeyri-qanuni istifadədə və tabeliyindəki əməkdaşlardan biri ilə "uyğunsuz münasibətlərdə" şübhəli bilinir. Hazırda ABŞ hüquq-mühafizə orqanları hər iki istiqamətdə araşdırmaları davam etdirir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu