Türkiyənin "Mini-Serial" modeli qlobal uğur qazanıb - nazir
"Türkiyənin təqdimat strategiyasında tətbiq etdiyi “mini-serial” modeli artıq beynəlxalq miqyasda böyük uğur qazanıb".
AFN.az xəbər verir ki, bunu İstanbulda keçirilən ötən ilin turizm nəticələrinə həsr olunmuş mətbuat konfransında Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy deyib.
Mehmet Nuri Ersoy qeyd edib ki, “An Istanbul Story” adlı serialın cəmi bir bölümü 32 milyon baxış toplayıb. Onun sözlərinə görə, ən az izlənilən məzmun belə 10 milyon baxışa çatıb ki, bu da Türkiyənin turizm tanıtımında yeni və effektiv yanaşma formalaşdırdığını göstərir.
Nazir onu da diqqətə çatdırıb ki, “Gələcək üçün İrs” vizyonu və Gecə Muzeyləri layihələri dünyada yalnız məhdud sayda ölkənin həyata keçirə bildiyi uğurlu təşəbbüslər sırasındadır və bu sahədə Türkiyə ən uğurlu nümunələrdən birinə çevrilib.




