Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapılıb


Dekabrın 9-da Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşmüş iki balıqçıdan birinin meyiti tapılıb.

1999-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənovun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hazırda itkin düşən digər şəxs – 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənovun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu