İki ay əvvəl qəzada itkin düşmüş şəxsin meyiti tapıldı


İyunun 2-də Tovuzda baş vermiş ağır yol qəzasında itkin düşən 2 nəfərdən birinin meyiti tapılıb.


Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batdığı ehtimal olunan 2 nəfərdən birinin meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd olunub ki, onun meyiti avtomobilin çaya düşdüyü yerdən 3 km məsafədə dalğıc-xilasediciləri tərəfindən aşkarlanıb.

Hazırda batdığı ehtimal olunan digər şəxsin axtarışları intensiv şəkildə davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xatırladaq ki, iyunun 2-də Tovuzda ağır yol qəzası baş verib. 60 BH 272 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil Hunanlar kəndindəki körpüdən Kür çayına aşıb. Hadisə nəticəsində maşında olan 4 nəfərdən biri - 1992-ci il təvəllüdlü Turqut İbrahimov sudan çıxaraq xilas olub. Sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov suda boğularaq ölüblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu