İspaniya polisi körpənin 3 min avroya satılmasının qarşısını aldı


İspaniya polisi uşaq sahibi ola bilməyən bir cütlük ilə bioloji ana arasında yeni doğulmuş körpəni onların övladı kimi qeydə almaq üçün saxta sənədlər hazırlanan qanunsuz razılaşmanı üzə çıxararaq, körpənin 3 min avroya satılmasının qarşısını alıb.

Ölkənin cənubundakı Əndəlüs muxtar hökumətinin məlumatına görə, polis Malaqa şəhərində xəstəxana və əhali qeydiyyatı idarəsinin sənədlərində qanunsuzluq və uyğunsuzluq aşkarlayıb.

Aparılan araşdırma zamanı polis müəyyən edib ki, bir ana yeni doğulmuş körpəsini 3 min avroya uşaq sahibi olmayan bir cütlüyə satmaq üçün razılaşıb.

Polisin müdaxiləsi nəticəsində körpə satışının qarşısı alındıqdan sonra həm uşaq sahibi ola bilməyən cütlük, həm də bioloji ana barəsində cinayət işi açılıb.

Körpə qız uşağı Əndəlüs muxtar hökumətinə bağlı bir sosial yardım qurumu tərəfindən himayəyə götürülüb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu