Tramp administrasiyası Bayden dövründə qəbul edilmiş qaçqınları nəzərdən keçirəcək


ABŞ Prezidenti Donald Tramp administrasiyasının sabiq Prezident Co Bayden dövründə ölkəyə qəbul edilən qaçqınların yenidən nəzərdən keçirilməsini nəzərdə tutan genişmiqyaslı qiymətləndirmə prosesi başlatacağı irəli sürülüb.

Associated Pressin (AP) əldə etdiyi, ABŞ Vətəndaşlıq və Miqrasiya Xidmətləri (USCIS) Direktoru Joseph Edlow tərəfindən imzalanmış sənəddə Bayden dövründə qaçqın qəbulunda sürət və sayın ətraflı yoxlama və təhlilin önünə keçdiyi iddia edilib.

Sənəddə 20 yanvar 2021–20 fevral 2025 dövründə qəbul edilən bütün qaçqınlar üçün ətraflı yoxlama və yenidən müsahibə aparılacağı və 90 gün ərzində yenidən müsahibəyə çağırılacaq şəxslərin siyahısının hazırlanacağı bildirilib.

Hazırda yaşıl kart almış şəxslərin də sənədlərinin yenidən nəzərdən keçiriləcəyi ifadə olunan sənəddə USCIS-in yenidən yoxlama nəticəsində qaçqın statusuna uyğun olmadığına qərar verdiyi şəxslərin müraciət hüququnun olmayacağı, lakin prosesin ölkədən çıxarılma əməliyyatına çevriləcəyi halda şəxslərin miqrasiya məhkəməsində müdafiə edə biləcəyi iddia edilib.

Sənəddə “USCIS qanunları tətbiq etməyə və qaçqın proqramının sui-istifadəyə məruz qalmadığından əmin olmağa hazırdır” ifadəsi yer alıb.

USCIS, Daxili Təhlükəsizlik Nazirliyi və Ağ Ev hələ planlaşdırılan yoxlamaya dair açıqlama verməyib.

Qeyd edək ki, Co Bayden administrasiyası dövründə ölkəyə qəbul edilən qaçqınların sayı 125 minə çatmışdı. Tramp administrasiyası isə 2026 maliyyə ilində əvvəlki illərin əksinə ölkəyə qəbul ediləcək qaçqın sayını 7 500 ilə məhdudlaşdıracağını açıqlamışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu