Qaçaq siqaret şarları Vilnius hava limanını bağladı


Avropa hava limanlarında dron xaosu davam edərkən, Litva fərqli bir problem ilə üzləşib. Vilnius hava limanı Belarusdan göndərilən və qaçaq siqaret daşıyan meteoroloji şarlar səbəbindən 9-cu dəfə bağlanıb.

Danimarka, Almaniya, Norveç, Belçika və Niderland kimi ölkələrin hava limanlarında uçuşlar gizli dron siqnalı səbəbindən bağlanmağa davam edir.

Litvanın Vilnius hava limanı isə hava sahəsinə doğru irəliləyən meteoroloji şarlar səbəbindən əməliyyatlarını müvəqqəti dayandırmaq məcburiyyətində qalıb. Vilnus istiqamətinə uçan bir çox təyyarə başqa şəhərlərə yönləndirilib.

Vilnusdakı bu bağlanma isə oktyabrın əvvəllərindən bəri 9-cu dəfə baş verib.

Litva rəhbərliyi bildirib ki, bu fasilələr Belarusdan göndərilən və qaçaq siqaret daşıyan meteoroloji şarlarla əlaqədardır.

Xatırladaq ki, Litva keçən ay şar hadisələrinə cavab olaraq Belarus sərhədindəki hər iki keçid məntəqəsini bağlamışdı. Lakin hava hərəkətində fasilələrin dayandığı görünəndə həftənin əvvəlində keçidlər yenidən açılmışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu