Tramp sabah Mamdani ilə görüşəcək


ABŞ Prezidenti Donald Tramp Nyu-York bələdiyyə başçılığı seçkilərində qalib gəlmiş Demokrat namizəd Zohran Mamdani ilə sabah görüşəcəyini açıqlayıb.

Bu barədə məlumatı o sosial media hesabında paylaşıb. Tramp qeyd edib ki, görüşün 21 noyabr cümə günü Oval Ofisdə keçirilməsi barədə razılaşıblar.

Qeyd edək ki, Tramp Fox News-ə verdiyi müsahibədə Mamdaninin onunla yaxşı davranmalı və Vaşinqtona hörmət göstərməli olduğunu bildirmişdi.

Xatırladaq ki, bələdiyyə seçkisinin ilkin nəticələrinin açıqlanmasından sonra Tramp seçkilərin saxtakarlıqla keçirildiyini və Demokratların Nyu-Yorkda “kommunist” namizəd seçdiyini iddia etmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu