Kosovoda erkən parlament seçkiləri dekabrın 28-də keçiriləcək


Kosovo Prezidenti Vjosa Osmani parlament seçkilərini dekabrın 28-nə təyin edib.

AFN.az "Reuters"ə istinadən xəbər verir ki, bu qərar baş nazir Albin Kurtinin rəhbərlik etdiyi hakim Vetëvendosje Partiyasının parlamentdə hökumət qurmaq üçün kifayət qədər səs toplaya bilməməsindən sonra verilib.

Fevral seçkilərində Vetëvendosje qələbə qazansa da, təkbaşına idarə etmək üçün kifayət qədər mandat əldə etməyib. Nəticədə parlament hökuməti formalaşdırmaq mümkün olmayıb.

Prezident Osmani jurnalistlərə açıqlamasında deyib: "Partiyalara çağırışım budur ki, indi qarşılıqlı hörmət və yüksək siyasi standartlarla layiqli seçki kampaniyası aparsınlar. Nəticələr açıqlandıqdan sonra partiyalar oturub danışmalı və üzərlərinə düşən məsuliyyəti qəbul etməlidirlər. Vətəndaşlarımıza təcili olaraq sabit və məsuliyyətli institutlar lazımdır ki, onlar onların xeyrinə qərarlar qəbul etsinlər".

Qeyd edək ki, Kosovo Avropanın ən gənc ölkəsi olub, 2008-ci ildə ABŞ-ın dəstəyi ilə Serbiyadan müstəqilliyini elan edib. Bu, 1999-cu ildə NATO-nun serb qüvvələrinə qarşı 78 günlük hava əməliyyatlarından sonra baş verib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu