KİV: ABŞ-ın Ukrayna üzrə yeni sülh planı Qərbi təəccübləndirib


ABŞ-ın Ukrayna böhranının həlli üçün hazırladığı yeni plan Ukrayna və Avropa rəsmilərini təəccübləndirib.

AFN.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff oktyabrın sonunda yeni həll planı üzərində işləməyə başlayıb. Bu təşəbbüs onun ABŞ-ın Rusiya prezidenti üçün xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitrievlə Mayamidə görüşündən sonra formalaşıb.

"Politico" mənbələrinin bildirdiyinə görə, bir çox Qərb və ukraynalı siyasətçilər ABŞ-ın Rusiyanın tələblərinə güzəştə gedə biləcəyi qorxusunu ifadə ediblər.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova TASS-a açıqlamasında bildirib ki, ABŞ-dan rəsmi kanallar vasitəsilə Ukrayna ilə bağlı mətbuatda yazılan “sazişlər” barədə heç bir məlumat almayıblar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu