Yaponiyada böyük yanğın: 170-dən çox bina zədələndi
Yaponiyanın Oita prefekturasında limana yaxın yaşayış bölgəsində baş verən yanğın nəticəsində 170-dən çox bina zədələnib və 1 nəfər itkin düşüb.
Kyodo News-un xəbərinə görə, Saganoseki bölgəsində limana yaxın ərazidə baş verən yanğın səbəbindən 180-dən çox insan təxliyə edilib.
Rəsmi şəxslər bildiriblər ki, 49 min kvadratmetr sahəni əhatə edən yanğında 170 bina zədələnib və alovlar meşəlik əraziyə yayılıb.
Həmçinin 70 yaşlarında bir nəfərin itkin düşdüyü qeyd olunub.
Təxminən 12 saat boyunca alovlarla mübarizə aparan yanğınsöndürən briqadaların yanğına müdaxiləsinin davam etdiyi açıqlanıb.
Yaponiya Baş Naziri Takaiçi Sanae X-də verdiyi açıqlamada yerli idarələrlə əməkdaşlıq çərçivəsində maksimum dəstək göstərəcəklərini bildirib.



