Şimali Karolinada 48 saatda 130-dan çox qanunsuz miqrant saxlanıldı


ABŞ-ın Şimali Karolina ştatında son 48 saat ərzində 130-dan çox qanunsuz miqrantın saxlanıldığı bildirilib.

ABC News-un xəbərinə görə, Gömrük və Sərhəd Mühafizəsi (CBP) və Miqrasiya və Gömrük Mühafizəsi (ICE) rəsmiləri ştatın Şarlott şəhərində qanunsuz miqrantlara qarşı əməliyyat keçiriblər.

Əməliyyat çərçivəsində 130-dan çox qanunsuz miqrant saxlanılaraq müvəqqəti saxlama mərkəzlərinə aparılıb.

ABC News-a danışan və adı açıqlanmayan Daxili Təhlükəsizlik Nazirliyindən (DHS) rəsmi saxlanılan şəxslərin ölkənin miqrasiya qanunlarını pozduğunu və cinayət qeydlərinin olduğunu iddia edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu