Konqoda naziri daşıyan təyyarə qəzaya düşüb


Konqo Demokratik Respublikasının Lualaba vilayətindəki Kolvezi Hava Limanında Mədən naziri Lui Vatuma Kabambanın da aralarında olduğu təxminən 20 nəfərlik heyəti daşıyan təyyarə eniş zamanı uçuş zolağından çıxaraq alov alıb.

Qəza sonrası alovlanan təyyarədən sərnişinlər sürətlə təxliyə edilib və hadisə zamanı heç bir sərnişin xəsarət almayıb.

Hava limanı əməkdaşları qısa müddətdə müdaxilə edərək yanğını nəzarət altına alıblar.

Rəsmilər qəzanın səbəbi ilə bağlı araşdırma başlandığını bildiriblər.

Nazir Kabambanın Kolvezi yaxınlığındakı Kalondo mədən sahəsində dünən baş verən və çox sayda mədən işçisinin həyatını itirdiyi qəza ilə bağlı araşdırma aparmaq üçün bölgəyə getdiyi qeyd edilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu