Tramp BBC-yə 1 milyard dollarlıq iddia qaldırmağı planlaşdırır


ABŞ Prezidenti Donald Trampın İngiltərə mərkəzli yayım qurumu BBC-nin 2021-ci il Konqres basqını ilə bağlı çıxışını kontekstdən çıxararaq sənədli filmində istifadə etməsi səbəbindən quruma qarşı 1 milyard dollarlıq təzminat iddiası açmağı planlaşdırdığı bildirilib.

Fox News Digital-ın əldə etdiyi məlumata görə, Trampın vəkilləri BBC-yə qarşı hüquqi addımlar atmağa hazırlaşır.

Trampın hüquq komandası BBC-yə göndərdiyi xəbərdarlıq məktubunda 6 yanvar 2021-ci il çıxışına aid videonun aldadıcı şəkildə montajlandığı və çıxışın tam versiyasında ABŞ Prezidentinin tərəfdarlarına Konqresə sülhsevər və vətənpərvər şəkildə getmə çağırışı etdiyi vurğulanıb.

Məktubda qeyd olunub ki, yayım qurumu 14 noyabr tarixinə qədər sənədli filmi düzəltməsə və ya geri çəkməsə, Tramp 1 milyard dollarlıq məhkəmə iddiası qaldıracaq.

BBC-dən verilən açıqlamada isə xəbərdarlıq məktubunun nəzərdən keçirildiyi və münasib vaxtda birbaşa cavab veriləcəyi bildirilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu