Cənubi Koreyada elektrik stansiyasında bina çöküb
Cənubi Koreyanın Ulsan şəhərində yerləşən bir elektrik stansiyasının ərazisindəki bina çöküb.
Hadisə zamanı dağıntılar altında qalanların olduğu ehtimal edilir.
Rayon yanğınsöndürmə xidməti rəsmisi itkin düşənlərin sayının hələ dəqiqləşdirilmədiyini bildirib.
Bundan əvvəl Yonhap agentliyi və digər media qurumları 6 nəfərin itkin düşdüyü barədə məlumat yaymışdı.


